<b>Azərbaycan millisinin hücumçusu "Bursaspor"dan qovuldu</b>
18 fevral 2017 17:56 (UTC +04:00)

Azərbaycan millisinin hücumçusu "Bursaspor"dan qovuldu

 

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın “Bursaspor”dakı taleyinə aydınlıq gəlib. Apasport.az-ın Türkiyə klubunun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik təcrübəli oyunçu ilə bağlı qərarını açıqlayıb.

 

Belə ki, Superliqanın XXI turunda “Kayserispor”la dünənki səfər görüşünün 19-cu dəqiqəsində rəqibə qarşı kobud oynayaraq birbaşa qırmızı vərəqə alan Dəniz əsas komandadan uzaqlaşdırılıb. Onunla yanaşı, digər hücumçu Sərcan Yıldırım da eyni aqibətlə üzləşib.

 

Həmin bəyanatda belə yazılıb: “Futbolçularımız Sərcan Yıldırımla Dəniz Yılmaz İdarə Heyəti və baş məşqçi Mutlu Topçunun qərarı ilə komandadan uzaqlaşdırılıblar. Hər iki oyunçuya eyni zamanda pul cəriməsi də veriləcək. İndiyə qədər sərgilədikləri oyunla gələcək planlarımızda yer alması qeyri-mümkün görünən bəzi oyunçularımızla bağlı araşdırmalarımız davam edir”.

 

Qeyd edək ki, "Kayserispor" - "Bursaspor" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb..  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273
avatar

ApaSport TV

Oxşar yazılar