Türkiyənin “Sivasspor” futbol komandasının baş məşqçi postu Roberto Karlosa tapşırılıb. Lent.az-ın “Hurriyet” qəzetinə istinadən verdiyi məlumata görə, rəsmi müqavilə iyunun 3-də imzalanacaq.
Braziliyalı ulduz Sivasdakı “4 sentyabr” stadionunda 2 illik anlaşmaya qol qoyacaq.
Qeyd edək ki, bu, Roberto Karlosun baş məşqçi qismində ilk işi olacaq. Onun son işi Rusiya “Anji”sində idman direktorluğu olub. “Sivasspor”da Azərbaycan milli komandasının futbolçusu Cihan Özkara da çıxış edir.