Cüdo üzrə Azərbaycanın qadınlardan ibarət milli komandasının məşqçilər heyətində dəyişiklik gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, komandanın əvvəlki baş məşqçisi İbadulla Şabanov istefaya göndərilib.
Millinin yeni çalışdırıcısı vəzifəsinə Elçin İsmayılov təyin olunub. Şumşat Bəhramov isə yığma komandanın köməkçi məşqçi vəzifəsini icra edəcək.
Hər iki məşqçi qadınlardan ibarət milli komandamızın üzvlərinə təqdim olunub.