Azərbaycan millisi Dünya Kubokuna iranlı legionerlə yollandı
07 may 2013 15:59 (UTC +04:00)

Azərbaycan millisi Dünya Kubokuna iranlı legionerlə yollandı

Kayak və kanoe üzrə Azərbaycan milli komandası Macarıstanın Seqed şəhərinə yollanıb. Lent.az-ın məlumatına görə, yığmamız mayın 10-da start götürəcək Dünya Kubokunun I mərhələsinə qatılacaq.

 

Heyətə 4 kayakçı – Məhəmmədtahir Hüseyinafşar, Mirnazim Cavadov, Tamerlan Mustafayev, Aleksandr Piçugin və 2 kanoeçi – Valentin Demyanenko ilə Mikita Sablin daxil edilib. Kayakçılardan 21 yaşlı yeni legioner Hüseyinafşar İrandan cəlb olunub.

 

3 gün davam edəcək Dünya Kubokunda təmsilçilərimiz 13 medal uğrunda mübarizə aparacaqlar:

 

Kayakçılardan 1000 metr məsafəyə 1 nəfərlik qayıqla yürüşə Məhəmmədtahir Hüseyinafşar, 4 nəfərlik qayıqla yürüşdə Mirnazim Cavadov – Tamerlan Mustafayev - Məhəmmədtahir Hüseyinafşar – Aleksandr Piçugin kvarteti çıxacaq. 500 metr məsafəyə 1 nəfərlik qayıqla Hüseyinafşar və Piçugin, 2 nəfərlik qayıqla Hüseyinafşar – Piçugin dueti yürüş edəcək. 200 metr məsafəni 1 nəfərlik qayıqla Mustafayev və Cavadov, 2 nəfərlik qayıqla Cavadov – Mustafayev dueti qət edəcək. 5000 metr məsafəyə yürüşdə isə Hüseyinafşar və Piçugin qüvvəsini sınayacaq.

 

Kanoeçilərimiz isə yalnız 200 metr məsafəyə yürüşdə iştirak edəcəklər. Demyanenko və Sablin həm ayrı-ayrılıqda 1 nəfərlik qayıqla, həm də duet formasında 2 nəfərlik qayıqla mübarizə aparacaq.   

 

Qeyd edək ki, Dünya Kubokunun I mərhələsinə mayın 12-də yekun vurulacaq. Yarışın ardından Azərbaycan yığması Macarıstanda qalaraq, təlim-məşq toplantısı keçirəcək.

# 441
avatar

Oxşar yazılar