Azərbaycan millisi “qatil dağ”ın fəthinə çıxdı
18 iyun 2013 13:40 (UTC +04:00)

Azərbaycan millisi “qatil dağ”ın fəthinə çıxdı

Alpinizm üzrə Azərbaycan milli komandasının üzvləri Pakistana yola düşüblər. Azərbaycan Alpinizm Federasiyasından Lent.az-a verilən məlumata görə, iyunun 3-də startı verilən ekspedisiyada məqsəd Nanqa Parbat zirvəsini (8125 metr) fəth etməkdir.

 

Daha öncə idmançılarımız müxtəlif beynəlxalq ekspedisiyaların tərkibində 6 dəfə Himalaya yürüş ediblər. Bu, Himalayda milli ekspedisiyamız üçün ilk təcrübədir.

Komandaya federasiya prezidenti İsrafil Aşurlu, federasiyanın üzvləri İsmayıl Əsgərov və Rüfət Qocayev daxildir. Alpinistlərimiz Diamerskoy divarı üzrə Kinşofer marşrutunu dəf etmək niyyətindədir. Ekspedisiya Heydər Əliyevin 90 illiyinə həsr olunur.

 

İdmançılarımızla yanaşı, Ukrayna, Rusiya, Polşa, Gürcüstan komandaları da Nanqa Parbata ekspedisiya edəcəklər.

 

Qeyd edək ki, Nanqa Parbat dünyada hündürlüyünə görə doqquzuncu zirvədir. Pakistan ərazisində yerləşən bu dağ Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir və alpinistlər üçün ən sərt, dünya ölüm reytinqlərində birinci yerlərdə gedən dağlardan biri hesab edilir. Everest, K2 və Annapurnoy dağları ilə yanaşı, Nanqa Parbat da ətəklərində həlak olan alpinist sayına görə “qatil dağ” adlandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Oxşar yazılar