Azərbaycanın “Baku Fires” klubu WSB (Ümumdünya Boks Seriyası) Liqasında vaxtından əvvəl “pley-off” mərhələsinə vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, komandamız bu uğura Quba Olimpiya Kompleksində keçirilmiş VIII turun qarşılaşmasında Polşa “Hussars Poland”ı 5:0 hesabı ilə darmadağın edərək nail olub.
“Baku Fires”in heyətində Murat Rabadanov (52 kq) Marius Koçu, Məhəmmədrəşid Cəbrayılov (60 kq) Mateuş Polskini, Kamil Əhmədov (69 kq) İreneuş Zakrjevskini, Teymur Məmmədov (81 kq) Pyotr Podluçkini xal hesabı ilə yenib. Arslanbek Mahmudov (+91 kq) isə 2-ci raunddaca nokauta salıb. Bununla da komandamız xallarını 14-ə çatdıraraq, B qrupunda 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, qaydalara əsasən, qrupda ilk 4 yerin sahibi ¼ finala vəsiqə qazanır. “Baku Fires” isə sona 2 tur qalmış ən azı 4-cü yeri təmin edib.

Azərbaycan klubu vaxtından əvvəl ¼ finalda!
Oxşar yazılar

FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39
“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39
Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazandı
17 iyul 2025 , 22:32
Ronaldo “Qızıl top”unun birini satdı – SƏBƏB
17 iyul 2025 , 19:20