Azərbaycan klublarının Avropa kuboklarında rəqibləri bəlli oldu – SİYAHI
03 iyun 2013 11:58 (UTC +04:00)

Azərbaycan klublarının Avropa kuboklarında rəqibləri bəlli oldu – SİYAHI

Futbol üzrə Avropa kuboklarında mübarizə aparacaq Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının qalibi “Neftçi” də daxil olmaqla, Çempionlar Liqasının II təsnifat mərhələsinin bütün iştirakçıları səbətlərə də bölünüb.

 

Artıq 32 klubun tam siyahısı müəyyənləşib. Bu isə o deməkdir ki, mərhələ iştirakçıları arasında 16-cı reytinqə malik “Neftçi”nin potensial rəqiblərinin hamısı məlumdur. 34 klubun çıxış edəcəyi mərhələyə 2 komanda I təsnifatdan gələcək. Burada “Streymur” (Farer adaları, 2,316), “Tre Penne” (San-Marino, 1,383), “Lusitanos” (Andorra, 1,100), “Şirak” (Ermənistan, 0,850) mübarizə aparacaq. Bu duellərdəki 2 qalib “Neftçi”nin mümkün rəqibi olacaq. Digər 15 səpələnməmiş komanda arasında “Hafnarfyordur” və “Nomme Kalyu” kimi tanış rəqiblər də yer alıb:


Səpələnmişlər: BATE (Belarus, 39,175), “Seltik” (Şotlandiya, 37,508), “Styaua” (Rumıniya, 35,604), “Viktoriya” (Çexiya, 28,745), “Dinamo” (Xorvatiya, 25,9160), “Partizan” (Serbiya, 17,425), “Legiya” (Polşa, 13,650), “Şerif” (Moldova, 11,533), “Maribor” (Sloveniya, 9,941), “Slovan” (Slovakiya, 8,341), “Elfsborq” (İsveç, 8,125), “Makkabi” (Təl-Əviv, İsrail, 8,075), “Molde” (Norveç, 7,835), HİK (Finlandiya, 6,701), “Ekranas” (Litva, 6,300), “Neftçi” (Azərbaycan, 5,708), “Dinamo” (Gürcüstan, 5,333)

Səpələnməmişlər: “Jelezniçar” (Bosniya və Herseqovina. 4,566), “Hafnarfyordur” (İslandiya, 4,083), “Qyor” (Macarıstan, 3,850), TNS (Uels, 3,766), “Ludoqorets” (Bolqarıstan, 3,450), “Sliqo Rovers” (İrlandiya, 3,225), “Şaxtyor” (Qazaxıstan, 2,941), “Skenderbeu” (Albaniya, 2,833), “Birkirkara” (Malta, 2,541), “Kliftonvill” (Şimali İrlandiya, 2,116), “Vardar” (Makedoniya, 2,050), “Dauqava” (Latviya, 1,658), “Nomme Kalyu” (Estoniya, 1,191), “Fola” (Lüksemburq, 0,925), “Sutyeska” (Monteneqro, 1,300), I təsnifat mərhələsinin 2 qalibi

 

Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək 76 komandanın da tam siyahısı məlumdur. Azərbaycan təmsilçiləri – “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter”inb də qərarlaşdığı səpələnmişlər səbətində 38 komanda yer alıb. Təmsilçilərimizin potensial rəqiblərinin yer aldığı səpələnməmişlər səbətində də eyni sayda - 38 komanda var.

Potensial rəqiblər arasında tanış klublar da var. Belə ki, əvvəllər avrokuboklarda qarşılaşdığımız “Tiraspol” və “Trans” kifayət qədər tanış addır. Hələ SSRİ dövründə qarşılaşdığımız rəqiblərdən “Jalğiris” də yeni ad deyil. Təlim-məşq toplanışlarında klublarınızla üz-üzə gələn xeyli sayda komanda da potensial rəqiblərimizi sırasındadır.

Səpələnmişlər: “Rusenborq” (Norveç, 16,835), “Jilina” (Slovakiya, 15,841), “Levski” (Bolqatısran, 11,950), MOİK (Bolqarıstan, 8,450), “Fehervar” (Macarıstan, 7,850), “Ventspils” (Latviya, 6,658), “Tromse” (Norveç, 6,335), “Aktobe” (Qazaxıstan, 6,191), “Dinamo” (Belarus, 6,175), “Sent Patriks” (İrlandiya, 5,975), “Qarabağ” (Azərbaycan, 5,708), “Voyvodina” (Serbiya, 5,425), “Malmö” (İsveç, 5,125), “Sarayevo” (Bosniya və Herseqovina, 5,066), “Astra” (Rumıniya, 4,604), “Reykyavik” (İslandiya, 4,583), “Düdelanj” (Lüksemburq, 4,425), “İnter” (Finlandiya, 4,201), “Daçiya” (Moldova, 4,033), “Levadiya” (Estoniya, 3,941), “Linfild” (Şimali İrlandiya, 3,866), “Honved” (Macarıstan, 3,850), “Valetta” (Malta, 3,791), “Differdanj” (Lüksemburq, 3,675), “Metallurq” (Latviya, 3,658), “Gefle” (İsveç, 3,625), “Pünik” (Ermənistan, 3,600), “Zrinski” (Bosniya və Herseqovina, 3,666), “Buduçnost” (Monteneqro, 3,550), “İnter” (Azərbaycan, 3,458), “Skonto” (Latviya, 3,408, “Suduva” (Litva, 3,300), “Vaduts” (Lixtenşteyn, 3,200), “Flora” (Estoniya, 3,191), “Xəzər Lənkəran” (Azərbaycan, 2,958), “Torshavn” (Farer adaları, 2,816), TPS (Finlandiya, 2,701), “Breydablik” (İslandiya, 2,583)

Səpələnməmişlər: “Domjale” (Slovakiya, 2,441), “Qlentoran” (Şimali İrlandiya, 2,366), “Metallurq” (Makedoniya, 2,300), “Milsami” (Moldova, 2,283), “Selye” (Sloveniya, 2,191), “Torpedo” (Gürcüstan, 2,083), “Teteks” (Makedoniya, 2,050), “İrtış” (Qazaxıstan, 1,941), “Jeness” (Lüksemburq, 1,921), “Kruzaders” (Şimali İrlandiya, 1,866), “Santa Koloma” (Andorra, 1,850), “Çixura” (Gürcüstan, 1,833), “Jalgiris” (Litva, 1,800), “Mariehamn” (Finlandiya, 1,701), “Mika” (Ermənistan, 1,600), “Vestmannaeyar” (İslandiya, 1,583), “Çelik” (Monteneqro, 1,550), “Hibernians” (Malta, 1,541), “Slima” (Malta, 1,541), “Tiraspol” (Moldova, 1,533), “Droeda” (İrlandiya, 1,475), “Trans” (Estoniya, 1,441), “Qandzasar” (Ermənistan, 1,350), “Kruoya” (Litva, 1,300), “Astana” (Qazaxıstan, 1,191), “Laçi” (Albaniya. 1,083), “Teuta” (Albaniya, 1,083), “Vikinqur” (Farer adaları, 1,066), “Qrbalj” (Monteneqro, 1,050), “Turnovo” (Makedoniya, 1,050), “Kukesi” (Albaniya, 0,833), “UE Santa Koloma” (Andorra, 0,833), Fulafyordur” (Farer adaları, 0,566), “Brayton” (Uels, 0,516), “Prestatin” (Uels, 0,516), “Bala Taun” (Uels, 0,516), “Fiorita” (San-Marino, 0,383), “Libertad” (San-Marino, 0,383).

 

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının püşkü iyunun 24-də atılacaq.

# 1313
avatar

Oxşar yazılar