Azərbaycan klubları Avropa Liqasına eyni vaxtda başlayır
27 iyun 2013 15:06 (UTC +04:00)

Azərbaycan klubları Avropa Liqasına eyni vaxtda başlayır

Azərbaycan futbol klublarının Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi oyunların başlama saatı və hakimləri açıqlanıb. Lent.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, son olaraq, “Xəzər Lənkəran”ın Malta “Slima”sı ilə ilk görüşünün start fitinin çalınma vaxtı müəyyənləşib.

 

İyulun 2-də Ta Qali şəhərindəki “Sentenari” stadionunda baş tutacaq qarşılaşmanın start fitini Bakı vaxtı ilə saat 20:45-də estoniyalı referi Eyko Saar səsləndirəcək.

 

Həmin gün eyni saatda “Qarabağ” Makedoniyanın paytaxtı Skopyedəki “II Filip” adına Milli Arenada “Metallurq”un qonağı olacaq. Bu görüş isə danimarkalı referi Lars Kristoffersenə həvalə olunub.

 

İyulun 4-də saat 21:00-da isə Bakı “İnter”i “Bayıl Arena”da Finlandiyanın “Mariehamn” komandasını sınağa çəkəcək. Matç litvalı baş hakim Sergey Slivaya həvalə olunub.

 

Qeyd edək ki, iyulun 11-də keçiriləcək cavab görüşlərinin başlama saatı və hakimləri hələ açıqlanmayıb. Əvəzində “Qarabağ”ın “Metallurq”u Tofiq Bəhramov adına Respublika, “Xəzər Lənkəran”ın “Slima”nı Lənkəran şəhər stadionunda, “Mariehamn”ın isə “İnter”i eyniadlı şəhərdəki “Viklöf Holdinq Arena”da qəbul edəcəyi məlumdur.

# 759
avatar

Oxşar yazılar