Azərbaycan kanoeçisi Valentin Demyanenkonun Portuqaliyanın Montemor-o-Velyo şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazandığı final yürüşünün video-görüntüləri yayılıb. Lent.az-ın məlumatına görə, 1 nəfərlik qayıqla 200 metr məsafəyə həlledici yürüşün iştirakçıları arasında millimizin sabiq üzvü Andrey Kraytor da olub.
Əslən ukraynalı Kraytor bu dəfə Rusiya yığmasının heyətində yer alıb. Finalda litvalı Yevgeni Şuklin Demyanenkonu cəmi 0,050 saniyə geridə qoyaraq, qızıl medal qazanıb. Qalibi yalnız fotofinişlə müəyyənləşdirmək mümkün olub. Finiş xəttini keçərkən, Kraytor qayıqdan suya düşüb. Onun köməyinə xilasedicilər yetişiblər.
Lent.az final yürüşündən maraqlı videogörüntünü təqdim edir...