Azərbaycan idmançısı Avropa çempionatının finalında!
27 iyun 2013 18:08 (UTC +04:00)

Azərbaycan idmançısı Avropa çempionatının finalında!

Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, 1000 metr məsafəyə yeniyetmə kanoeçilərin 1 nəfərlik qayıqla yürüşündə Azərbaycan təmsilçisi Aleksey Kupin finala yüksəlib.

 

Seçmə yürüşdə finişə 4 dəqiqə 3,886 saniyəyə çatan 18 yaşlı idmançımız 1-ci yeri tutub. Nəticədə o, birbaşa əsas finalda iştirak hüququna yiyələnib. Həlledici yürüş iyunun 29-da Bakı vaxtı ilə saat 12:13-də olacaq. Daha 3 təmsilçimiz 1000 metr məsafəyə 1 nəfərlik qayıqla seçmə yürüşdə ilk “7-liy”ə düşərək, yarımfinala vəsiqə qazanıb. 23 yaşadək kayakçıların mübarizəsində Məhəmmədtahir Hüseyniafşar finişə 3 dəqiqə 46,568 saniyəyə 5-ci çatıb. Bu yaş qrupundakı kanoeçimiz Taras Matviyçuk eyni məsafəni 4 dəqiqə 13,920 saniyəyə 6-cı yerdə başa vurub. Yeniyetmələrin mübarizəsində kayakçımız Amil Hüseynli 3 dəqiqə 56,293 saniyə nəticə ilə 7-ci olub. Məhəmmədtahir Hüseyniafşar - Mirnazim Cavadov – Tamerlan Mustafayev - Aleksandr Piçugin kvarteti isə 4 nəfərlik kayak qayığı ilə yürüşdə finişə 3 dəqiqə 17,608 saniyəyə 9-cu yerdə çataraq, mübarizəni dayandırıb.

 

Qeyd edək ki, kayak və kanoeçilərimiz Avropa çempionatında 500 və 200 metr məsafələrə yürüşlərdə də iştirak edəcəklər.

# 446
avatar

Oxşar yazılar