Azerbaycanli hakim ilk dəfə cudo üzrə paralimpiya dünya çempionatında hakimlik edir. Milli Paralimpiya Komitəsindən Lent.az-a verilən xəbərə görə, milli paralimpiya komitəsinin tarixində ilk dəfə olaraq, Azəraycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimi Hüseynov Fariz Adil oğlu, paralimpiyaçı cüdoçularla birgə Amerkanın Kolorado ştatında keçirilən cüdo üzrə dünya çempionatında iştirak edir edir. Hakim Fariz Hüseynov telefon bağlantısında yarışda bütün ölkələrdən ən güclü idmançıların iştirak etdiyini qeyd edib: "İlk dəfədir ki, paralimpiya cüdoçularına hakimlik edirəm və deyə bilərəm ki, paralimpiya cüdosu olimpiya cüdosundan daha çətindir, bizim idmançılar laiqincə ölkəmizi təmsil etdilər və mənim üçün bu çempionatda hakimlik etmək və paralimpiyaçılarımızın yanında olmaq böyük şərəfdir" deyən F. Hüseynov, ölkəmizə ilk iki lisenziya gazanan idmançılarımızı və Milli Paralimpiya Komitəsini təbrik edib.
Azərbaycan idman sahəsində ilkə imza atdı
1544