Futbol üzrə Azərbaycan çempionatında həkim hakimləri təhqir etdiyi üçün cəzalandırılıb. Lent.az-ın məlumatına görə, hadisə U-15 liqasında qeydə alınıb.
“Əlincə” ilə matç başa çatdıqdan sonra “Neftçi”nin həkimi Bəhruz Xeyrabadi hakimlərin ünvanına nalayiq ifadələr işlədib. AFFA İntizam Komitəsi onu 5 oyunluq cəzalandırıb.