
Azərbaycan Fransaya qalib gəldi
Avqustun 5-də Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında IV turun oyunları baş tutub.
Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, tur çərçivəsində Azərbaycan milliləri daha güclü rəqiblərlə qarşılaşıblar.
Belə ki, Aleksandr Xolifmanın kapitanı olduğu kişilərdən ibarət millimiz əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edən Fransa ilə münasibətinə aydınlıq gətirib. Millimiz güclü rəqibə 2,5:1,5 hesabı ilə qalıb gəlib.
Qadınlardan ibarət yığmamız isə Çinlə qarşılaşıb. Fikrət Sideifzadə asiyalılarla matçda Türkan Məmmədyarovaya yenidən şans verib. Olimpiadanın reytinq-favoriti millimizə 3:1 hesabı ilə qalib gəlib.
5 avqust
IV tur
Kişilər
FRANSA - AZƏRBAYCAN - 1,5 - 2,5
Maksim Vaşye-Laqrav (2768) - Şəhriyar Məmmədyarov (2743) - 0:1
Etyen Bakro (2720) - Teymur Rəcəbov (2724) - 0,5:0,5
Loran Fressine (2708) - Rauf Məmmədov (2659) - 0,5:0,5
Vladislav Tkaçev - Eltac Səfərli (2649) - 0,5:0,5
Turnir cədvəli: 1. Fransa, 2. Serbiya (əlavə göstəricilər – hamısı 32), 3. Rusiya (30), ...8. Azərbaycan (24) – hamısı 6 xal
Qadınlar
ÇİN - AZƏRBAYCAN - 3:1
Hou İfan (2661) - Zeynəb Məmmədyarova (2229) - 1:0
Cun Ven Çu (2559) – Gülnar Məmmədova (2334) - 0,5:0,5
Jonqi Tan (2468) - Türkan Məmmədyarova (2274) - 1:0
Quo Qyu (2453) - Səbinə İbrahimova (2263) - 0,5:0,5
Turnir cədvəli: 1. İran, 2. Çin, 3. Ermənistan (hamısı 28), ...11. Azərbaycan (18) – hamısı 6 xal
Oxşar yazılar

UFC: Rafael Fiziyev çilili döyüşçünü məğlub etdi
22 iyun 2025 , 01:45
Bakıda ilk UFC qalibi Muhammed Usman oldu
21 iyun 2025 , 21:38
"Bavariya" onu "Barselona"dan qoparmağa çalışır
21 iyun 2025 , 18:12
Levandovski də ərəb klubuna gedir
21 iyun 2025 , 13:05
"Arsenal" 60 milyonluq oyunçunu 65 milyona aldı
21 iyun 2025 , 09:37
"Liverpul" Florian Virtsin transferini açıqladı
21 iyun 2025 , 01:13
Fabreqas Avropa çempionunu “Komo”ya dəvət edir
20 iyun 2025 , 19:20