Azərbaycan çempionatında sürpriz qalib
17 mart 2014 11:53 (UTC +04:00)

Azərbaycan çempionatında sürpriz qalib

Respublika Şahmat Mərkəzində keçirilən qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Lent.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, son turda qara fiqurlarla Səbinə İbrahimovaya qalib gələn Xəyalə Abdulla 8 xalla çempion adını qazanıb.

 

Gümüş medala qara fiqurlarla Nərgiz Umudovanı yenən Gülnar Məmmədova, bürünc medala isə son turda qara fiqurlarla Səhər Hüseynovaya uduzan Aytən Əmrayeva sahib olub. Məmmədova və Əmrayeva hərəyə 7,5 xal yığıblar. Zeynəb və Türkan Məmmədyarova bacıları isə gözlənilmədən medalsız qalıblar. 

 

Qeyd edək ki, ilk 3 yerin sahibləri Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunub. Onlar 2014-cü ilin şəxsi Avropa çempionatına vəsiqə qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590
avatar

Oxşar yazılar