Azərbaycan çempionatında qalmaqal: <span style="color:red;">azarkeş hasarı sındırıb meydana girdi
14 mart 2014 16:02 (UTC +04:00)

Azərbaycan çempionatında qalmaqal: azarkeş hasarı sındırıb meydana girdi

13 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının “Neftçi” – “Rəvan” matçı zamanı qalmaqal baş verib. Lent.az-ın məlumatına görə, “Rəvan”ın Akif Qasımov adlı azarkeşi meydanın ətrafındakı hasarı sındıraraq içəri daxil olub.

 

O, hakimi təhqir və fiziki təsir göstərməyə cəhd edib. AFFA İntizam Komitəsi A. Qasımovun “Rəvan”ın iştirakı ilə keçiriləcək növbəti matçlarda bir il müddətinə stadiona girişinə qadağa qoyub. Klub isə dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəməyə və 1000 manat cəriməyə məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746
avatar

Oxşar yazılar