Azərbaycan bir ay Foqtssuz qalacaq
11 iyun 2013 16:54 (UTC +04:00)

Azərbaycan bir ay Foqtssuz qalacaq

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts yenidən vətəni Almaniyaya yollanıb. Bu haqda Lent.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.


O bildirib ki, Foqts gələn ay Azərbaycan klublarının avrokubok oyunlarını izləyəcək. Klublarımız qitə miqyaslı turnirlərdə mübarizəyə iyulun 4-də başlayacaqlar. 67 yaşlı baş məşqçi iyunun 7-də millimizin Lüksemburqla keçirdiyi 2014-cü il dünya çempionatının seçmə qrup matçından sonra Bakını tərk edib. Həmin görüş heç-heçə ilə nəticələnib – 1:1. Bu isə almaniyalı mütəxəssisin bir ayadək ölkəmizdə olmayacağı anlamını verir.

 

 Bəs yığmamızın zəif rəqibi yenə bilməməsinin səbəbi araşdırılıbmı? Nərimanoğlunun sözlərinə görə, Foqts nəinki millimizin hər oyunu, hətta təlim-məşq toplantıları barədə AFFA-nı məlumatlandırır. Onun işinə qiymət vermə səlahiyyəti isə AFFA İcraiyyə Komitəsinə məxsusdur.
 

Qeyd edək ki, Berti Foqts 2008-ci ildən Azərbaycan milli komandasının baş məşqçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658
avatar

Oxşar yazılar