Azərbaycan ABŞ-a qarşı
06 mart 2014 10:30 (UTC +04:00)

Azərbaycan ABŞ-a qarşı

Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz mayın 27-də San-Fransisko şəhərində ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcək.

 

Oyunun başlanma saatı və stadion hələlik açıqlanmır.

 

Qeyd edək ki, hazırda FIFA-nın reytinq cədvəlində 13-cü pillədə olan ABŞ milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1520
avatar

Oxşar yazılar