Azərbaycan – Malta - 2:0
28 mart 2015 23:09 (UTC +04:00)

Azərbaycan – Malta - 2:0

 Bu gün Avropa çempionatının seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Malta ilə qarşılaşıb.

 

Qrupda 4 oyun keçirən yığmamızın aktivində hələ ki, xal yox idi. Əvvəlki 4 görüşdə meydanı məğlub tərk edən komandamız ilk qələbəsinə sevinib.

 

Belə ki, 4-cü dəqiqədə Cavid Hüseynov hesabı açıb. “Qəbələ”nin futbolçusunun vurduğu qol komandamızı fasiləyə üstün yola salıb. 70-ci dəqiqədə Əfran İsmayılovun yerinə meydana daxil olan Dmitri Nazarov matçın son dəqiqələrində fərqi artırıb – 2:0. Matçda bundan başqa qol olmayıb və yığmamız seçmə mərhələdə ilk 3 xalını qazanıb.

 

Xatırladaq ki, “cırtdan” ölkə təmsilçisi ilə görüş xorvatiyalı baş məşqçimiz Robert Prosineçki üçün də əlamətdar olub ki, təcrübəli çalışdırıcı bu postda millimizi ilk oyuna çıxarıb. Düzdü, xorvat mütəxəssis komandamızla Antalyadakı təlim-məşq toplanışında Ukrayna “Şaxtyor”u ilə matçda debüt edib. Lakin bu görüş yoxlama xarakteri daşıdığından rəsmi status daşımırdı.

 

Qeyd edək ki, 10 xalla Xorvatiya və İtaliya milliləri H qrupunda 1-2-ci yerləri tuturlar. Norveç yığması 9 xalla 3-cü, Bolqarıstan 4 xalla 4-cü sırada qərarlaşır. Aktivində 1 xalı olan Malta sonuncu olan Azərbaycandan 1 pillə irəlidədi.

 

 

AVRO-2016-nın seçmə mərhələsi, V tur

H qrupu

28 mart

 

Azərbaycan – Malta - 2:0

QOLLAR: Cavid Hüseynov, 4, Dmitri Nazarov, 90+2

 

Baş hakim: Halis Özkahya

 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 17. Vüqar Nadirov, 20. Namiq Ələsgərov

Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 12. Emil Balayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Mahir Şükürov, 15. Ruslan Abışov, 8. Eddi İsrafiolv, 10. Elvin Məmmədov, 13. Dmitri Nazarov, 18. Coşqun Diniyev, 7. Vaqif Cavadov, 9. Məhəmməd Qurbanov, 11. Ruslan Qurbanov

Baş məşqçi: Robert Prosineçki

 

Malta: 1. Endryu Hoqq, 2. Conatan Karuana, 3. Stiv Bezzina, 4. Konor Borq, 5. Andre Aqius, 17, Rayan Kamilleri, 8. Roderik Briffa (k), 11. Roven Muskat, 16. Pol Fenek, 13. Andre Şembri, 19. Alfred Effionq

Ehtiyat oyunçular: 23. Henri Bonelyo, 12. Yustin Haber, 15. Yurgen Pisani, 6. Rayan Fenek, 7. Mark Skerri, 18. Byorn Kristensen, 21. Rayan Kamenzuli, 22. Zak Muskat, 9. Jan Pol Farruqia, 10. Endryu Kohen, 20. Yurgen Pisani

Baş məşqçi: Petro Qedin

 

 

1.

Xorvatiya

4

3

1

0

10:1

10

2.

İtalyiya

4

3

1

0

6:2

10

3.

Norveç

4

3

0

1

6:3

9

4.

Bolqarıstan

4

1

1

2

4:5

4

5.

Malta

4

0

1

3

1:7

1

6.

Azərbaycan

4

0

0

4

2:11

0

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar