Azərbaycan-Malta oyununa türkiyəli hakimlər
26 mart 2015 18:29 (UTC +04:00)

Azərbaycan-Malta oyununa türkiyəli hakimlər

0

 

 

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində martın 28-də keçiriləcək Azərbaycan – Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın baş hakimi türkiyəli Halis Özkahya olacaq. Ona həmyerliləri Cem Satman, Ekrem Kan və Kemal Yılmaz kömək edəcəklər.

 

Görüşün hakim-inspektoru Covanni Boloqnino (İtaliya), UEFA nümayəndəsi Darius Pavel Dziekanovski (Polşa) olacaq. (AzerTAc)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 437

Oxşar yazılar