Azad Rəhimov gürcüstanlı həmkarı ilə görüşdü
13 may 2013 14:21 (UTC +04:00)

Azad Rəhimov gürcüstanlı həmkarı ilə görüşdü

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Gürcüstanın yeni təyin olunmuş idman və gənclərlə iş naziri Levan Kipiani ilə görüşüb. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonağı salamlayan A.Rəhimov ona ölkəmizdə dövlət gənclər siyasəti və idmanın inkişafı yönündə görülən işlə barədə danışıb.

 

O, iki qonşu ölkə arasında həm bədən tərbiyəsi və idman, həm də gənclər sahəsində əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib. A.Rəhimov hazırda ölkəmizdə 36 olimpiya idman kompleksinin istifadəyə verildiyini və bu prosesin davam etdiyini bildirib.

 

Səmimi qəbula və ölkəmizdə gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirən gürcüstanlı nazir Azərbaycanla əməkdaşlığın öz ölkəsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. L.Kipiani bir çox idman növləri üzrə birgə təlim-məşq toplantıları və yarışların təşkilinin də əhəmiyyətli ola biləcəyini söyləyib.

 

Qeyd edək ki, səfərin əsas məqsədi iki ölkə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq haqqında mövcud Sazişlərin müddəalarının həyata keçirilməsi sahəsində əlaqələrin indiki vəziyyətini, onların genişləndirilməsi və gücləndirilməsi perspektivini müzakirə etməkdir. Levan Kipiani məşhur gürcüstanlı futbolçu, Tiflis “Dinamo”sunun heyətində UEFA Kubokunu qazanmış David Kipianinin oğludur. Nazirin atası 2001-ci ildə 50 yaşında ikən avtomobil qəzasında dünyasını dəyişib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592
avatar

Oxşar yazılar