Azad Rəhimov çexiyalı həmkarı ilə görüşüb
20 noyabr 2015 12:44 (UTC +04:00)

Azad Rəhimov çexiyalı həmkarı ilə görüşüb

 

Çexiyanın Praqa şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin 44- cü Baş Assambleyası  və İcraiyyə Komitəsinin iclaslarında iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov Çexiyanın təhsil, gənclər və idman naziri xanım Katerina Volaxova ilə görüş keçirib.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a vrilən məlumata görə, Çexiya Parlamentinin binasında baş tutan görüşdə çexiyalı nazir Azad Rehimovu  Avropa oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil edilməsi münasibəti ilə təbrik edib. Hər iki ölkənin naziri öz ölkələrinin idman  və gənclər siyasəti, bu sahələrdə  həyata keçirilən layihələr haqda geniş məlumat verib, tədbirlərdə azərbaycanlı və çexiyalı gənclərin iştirakını yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın daha da möhkəmlənməsinin önəmini vurğulayıblar.

 

Nazir Katerina Volaxova görüş çərçivəsində xüsusi olaraq Avropa İttifaqının təsis etdiyi Vişeqrad Sazişi və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkənizin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və əməkdaşlıq üçün Azərbaycana təşəkkür edib. 

 

Görüşün sonunda nazir Azad Rəhimov və nazir Katerina Volaxova daha sıx əməkdaşlıq istiqamətində yeni layihələrin işlənib hazırlanmasının zərurətini vurğulayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Oxşar yazılar