Gənclər və İdman Nazirliyi ilə BMT arasında Anlaşma Memorandumunu imzalanıb. Nazirliyin xidmətindən Lent.az-a verilən məlumata görə, memoranduma nazir Azad Rəhimov və BMT rəsmisi Mahir Nasir qol çəkib.
Memorandum çərçivəsində nazirlik və BMT baş katibinin gənclər üzrə elçisinin ofisi arasında əlaqələrin genişləndirilməsi və inkişafı nəzərdə tutulub. Mərasimdən sonra Rəhimov BMT radiosuna müsahibə verərək, Azərbaycan dövlət gənclər siyasəti modeli və BMT Baş katibinin gənclər üzrə elçisinin ofisi ilə əməkdaşlıq perspektivləri haqqında danışıb.
Qeyd edək ki, "Gənclər ilə və gənclər üçün işi" 5 əsas prioritetlərdən biri kimi elan edən BMT Baş katibi Pan Ki Mun dünya dövlətlərinə müraciət edərək, gənclər üzrə elçisini və onun fəaliyyətini dəstəkləməyə çağırıb. Bununla da Azərbaycan hökuməti bu çağırışa cavab verən ilk dövlətlərdən biri olub.