Azad Rəhimov Almaniya kansleri ilə bir arada
30 may 2013 15:12 (UTC +04:00)

Azad Rəhimov Almaniya kansleri ilə bir arada

Almaniyanın paytaxtı Berlində YUNESKO çərçivəsində Bədən Tərbiyəsi və İdmana məsul Nazirlərin və Səlahiyyətli Şəxslərin 5-ci (MİNEPS V) Konfransı keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransda ölkəmizi nazir Azad Rəhimovun rəhbərliyi altında Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin 1-ci katibi Eldar Məmmədovdan ibarət nümayəndə heyəti təmsil edir.

 

Toplantıda müzakirələr 13 - 15 martda Bakıda təşkil olunmuş Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin Fövqəladə İclasında qəbul olunan işçi sənədlər əsasında aparılır. İclasın rəsmi açılışında YUNESKO-nun Baş Direktoru İrina Bokova, Almaniya kansleri Angela Merkel nitq söyləyiblər. Həmçinin Berlin meri Frank Henkel, BMT-nin Baş Katibinin xüsusi məsləhətçisi Vilfried Lemke, Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun rəhbəri Snezana Samardziç-Markoviç, Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti Filip Craven, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roqq (videozənglə), CİGEPS-in Prezidenti Arnaldo Rivera Fuksa, Xüsusi Olimpiyanın Komitəsinin icraçı direktoru Timoti P.Sriver çıxış ediblər. Bokova və Fuksa çıxışlarında CIGEPS-in Fövqəlada hazırlıq iclasının Bakıda təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər.

 

Almaniyanın Federal Daxili İşlər Naziri Hans-Peter Fridrex iclasın sədri seçilib. Toplantıda 130-dan çox ölkənin, 30-dan çox beynəlxalq təşkilatın nümayəndəsi və xeyli sayda müstəqil ekspert gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparırlar.

 

Tədbir çərçivəsində, Azərbaycanda və idman sahəsində gedən inkişafla bağlı film nümayiş etdirilib, musiqimiz səsləndirilib. Konfrans salonunun girişində yaradılmış Azərbaycan guşəsində tədbir günlərində iştirakçılara iqtisadiyyatımız, mədəniyyətimiz, tariximiz barədə müxtəlif kitablar və disklər paylanılır.

# 832
avatar

Oxşar yazılar

Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24
"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12
 “Bayer” “Benfika”nın  rekordunu təkrarladı

 “Bayer” “Benfika”nın rekordunu təkrarladı

6 may 2024 , 13:44
Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

6 may 2024 , 12:09
Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50