2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimovun Yunanıstanın Afina şəhərinə rəsmi səfəri başlayır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir zamanı Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə yunan ictimaiyyətinə ətraflı məlumat veriləcək, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş konsert proqramı təşkil ediləcək.
Eyni zamanda, təbliğat və məlumat xarakterli materiallar paylanacaq.
Səfər sentyabrın 28-dək davam edəcək.