Azad Rəhimov “Bakı 2015”i müzakirə etdi
03 sentyabr 2014 14:08 (UTC +04:00)

Azad Rəhimov “Bakı 2015”i müzakirə etdi

 

Gənclər və idman naziri Azad Rəhimov Avropa Şurası Baş Katibinin müavini Qabriella Battaini–Draqonini qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş çərçivəsində nazir Azad Rəhimov 2015-ci ildə Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumat verib.  Nazir Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə həyata keçiriləcək bir sıra tədbirlər haqqında da qonağı məlumatlandırıb.

  

Bununla yanaşı, 1-5 oktyabr tarixlərdə Qəbələ şəhərində keçiriləcək Avropa Şurasının “Nifrət nitqinə yox” kampaniyasının beynəlxalq forumu və 28-30 oktyabr tarixlərdə Bakı şəhərində keçiriləcək Gənclər siyasəti üzrə Qlobal Gənclər Forumu da qonaqla müzakirə edilib.

2014-cü ilin sentyabr ayında İsveçrənin Makkolin şəhərində keçiriləcək Avropa Şurasının idmana məsul nazirlərinin növbəti görüşünün mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663
avatar

Oxşar yazılar