Gənclər və idman naziri Azad Rəhimov Fransa mətbuatına açıqlamasında "Bakı"nın prezidenti Hafiz Məmmədovla bağlı danışıb. Lent.az-ın azerisporta-a istinadən verdiyi məlumata görə, o, “Hafka” ləqəbli Məmmədovun "Lans"a sponsorluq edə biləcək durumda olmadığını deyib: “Hafiz Məmmədov bundan sonra "Lans"a ən azı azarkeş kimi dəstək olacaq. Amma indi komandanı maliyyələşdirəcək durumda deyil. İflasa uğradığını dəqiq deyə bilmərəm. Ancaq bilirəm ki, indi vəziyyəti ağırdır".