Azərbaycanın yeniyetmə taekvondoçulardan ibarət yığma komandası Avstriyanın İnsbruk şəhərində keçirilən açıq turnirdə 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun heyətə cəlb etdikləri idmançılardan Nurlan Fətəliyev (53 kq) və Nicat Əsgərli (61 kg) fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Əliələsgər Əliyev (61 kq) isə finalda məhz Əsgərliyə uduzaraq, gümüş medalla kifayətlənib. Əli İsazadə (37 kq) və Bəxtiyar Həsənov (49 kq) isə bürünc medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan yığması ümumi sıralamada 7-ci olub.