Avropa Oyunlarını 823 milyon nəfər izləyib - <span style="color:red;">RƏSMİ
30 iyun 2015 11:01 (UTC +04:00)

Avropa Oyunlarını 823 milyon nəfər izləyib - RƏSMİ

 

“Bildiyiniz kimi, Olimpiya, Asiya və ya Pan-Amerika Oyunlarına ev sahibliyi etmək üçün ən azı 7 il vaxt lazım gəlir. Lakin biz çox qısa zaman çərçivəsində böyük işin öhdəsindən gələ bildik. Təbii ki, bizə inanan rəhbərlik və yüksək səviyyəli əməkdaşlıq mövcud olmasaydı, belə bir nəhəng işin öhdəsindən gələ bilməzdik. 17 günlük fantastik idman bayramına nəzər saldıqda aydın şəkildə görünür ki, biz böyük uğura imza atdıq”.

 

Lent.az-ın məlumatına görə, bunu AzərTAc-a müsahibəsində "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunların yekunları ilə bağlı danışarkən deyib. S.Kleq bildirib ki, prezident İlham Əliyevin "Dostluq" ordenini təqdim etməyi onun üçün böyük şərəf olub: “Möhtəşəm idman tədbirinə hazırlaşmaq üçün mənimlə yanaşı, Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov da çalışıb. Bir daha qeyd etməliyəm ki, BEGOC-da çalışan hər bir əməkdaş uğur hekayəmizin başlaması üçün əllərindən gələni etdilər. Birinci Avropa Oyunları idman coğrafiyasına adını yaza bildi və bu, bizim ən böyük uğurumuzdur”.

 

S.Kleq Avropa Oyunlarını dünyada ümumilikdə 823 milyon nəfərin izlədiyini deyib: “Oyunlara olan tamaşaçı marağını gördükdə fərəhləndim. 17 gün ərzindəki statistikaya nəzər salsaq, yarışları hər gün 80 faizdən çox tamaşaçının izlədiyini müşahidə etmiş olarıq. Bu, bizim üçün yüksək göstəricidir və inanılmaz nəticədir. Yayım işlərində də böyük miras qoymuş olduq. Oyunlar 145 ölkədə geniş işıqlandırıldı. Təkcə möhtəşəm açılış mərasimi 120 ölkədə canlı yayımlandı. Xarici ölkələrə, bütün dünyaya 1100 saatdan çox yayım təmin edildi. Ümumiyyətlə, Oyunları 823 milyona yaxın tamaşaçı auditoriyası izlədi. Bildiyiniz kimi, ilk Avropa Oyunlarının rəsmi internet səhifəsinə daxil olan istifadəçilərin sayında hər gün artım qeyd olunurdu. Hər gün təqribən 5-6 milyon insan yarışları məhz rəsmi internet səhifəsindən izləyirdi. Beynəlxalq olimpiya komitələrinin əməkdaşları, rəsmi şəxslər, tamaşaçılar – təxminən yarım milyona yaxın insan bütün yarış meydançalarındakı tədbirlərdə iştirak etdi”.

 

BEGOC rəsmisi oyunlar ərzində könüllülük fəaliyyəti göstərən şəxslərə də minnətdarlıq edib: “İnsan irsi baxımından 2 mindən çox istedadlı gənc BEGOC-un işlərinə cəlb edilmişdi. Təqribən 78 faizini azərbaycanlılar təşkil edən bu komandanın üzvləri olduqca bacarıqlı, yüksək təhsilli gənclərdir. Bu zəngin heyətlə, azərbaycanlı həmkarlarımızla birgə işimizi daha yüksək səviyyədə görməyə çalışdıq. Biz birinci Avropa Oyunlarının keçirilməsi ilə böyük bir irs qoymuş olduq. Beləliklə, ölkəniz xaricdən mütəxəssis cəlb etmədən, püxtələşmiş gəncləri ilə bu cür beynəlxalq tədbirə ev sahibliyi etmək bacarığına malik olacaq. Bu gənclər gələn il "Formula-1", 2017-ci ildə İslam Həmrəylik Oyunlarına və digər beynəlxalq yarışlara cəlb oluna bilər. Əlbəttə ki, miras olaraq könüllülərin fəaliyyətini xüsusi qeyd etməliyəm: 12 min 500 yüzdən çox könüllü arenalarda gülərüzlə Azərbaycanın adını ucaltmaq üçün əlindən gələni etdi, 5 mindən çox gənc isə açılış və bağlanış mərasimlərinin təşkili üçün əzmkarlıqla çalışdı”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar

Tarixin ən yaxşı  10 qapıçısı - SİYAHI

Tarixin ən yaxşı 10 qapıçısı - SİYAHI

19 iyul 2024 , 12:52
La Liqada ən çox maaş alan  futbolçu açıqlandı - Mbappe deyil

La Liqada ən çox maaş alan futbolçu açıqlandı - Mbappe deyil

19 iyul 2024 , 11:19
"Barselona" bombardiri  alır - kimi satacaq?

"Barselona" bombardiri alır - kimi satacaq?

19 iyul 2024 , 09:35
Formula-1-in 13-cü mərhələsi Macarıstanda başlayır

Formula-1-in 13-cü mərhələsi Macarıstanda başlayır

19 iyul 2024 , 05:17
"Zirə" Avropa Liqasında mübarizəni DAYANDIRDI

"Zirə" Avropa Liqasında mübarizəni DAYANDIRDI

18 iyul 2024 , 22:54
Mbappe Peresi SEVİNDİRMƏK  istəyir

Mbappe Peresi SEVİNDİRMƏK istəyir

18 iyul 2024 , 21:21
“Everton”un  əfsanəsi   “Liverpul”da 

“Everton”un əfsanəsi “Liverpul”da 

18 iyul 2024 , 19:51
Türkiyə Futbol Federasiyasınin yeni prezidenti  seçildi

Türkiyə Futbol Federasiyasınin yeni prezidenti seçildi

18 iyul 2024 , 19:47