Sabah Avropa Liqasında yeni mövsüm start götürəcək. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turniri iyulun 3-də start götürməli olsa da, 3 görüş 2 gün əvvəl baş tutacaq.
Malta, Lüksemburq və Makedoniyada keçiriləcək oyunlarla I təsnifat mərhələsi başlayacaq. İlk oyunlar çərçivəsindəki digər 36 matç isə 2 gün sonraya planlaşdırılıb.
Azərbaycan təmsilçiləri “Qəbələ” ilə “İnter” də iyulun 3-də ilk sınağına çıxacaq. Sonuncular Moldovada “Tiraspol”un qonağı olacaqsa, əyalət təmsilçisi öz meydanında Bosniya və Herseqovinanın “Şiroki Briyeq klubunu qəbul edəcək.
Qeyd edək ki, ölkəmizin digər təmsilçisi “Neftçi” yarışa II təsnifat mərhələsindən qoşulacaq.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
1 iyul
20:45. “Slima Uonderers” (Malta) - “Ferentsvaroş” (Macarıstan)
20:45. “Jeness” (Lüksemburq) - “Dandalk” (İrlandiya)
21:00. “Şkendiya” (Makedoniya) - “Zimbru” (Moldova)