Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Ukranyanın "Dnepr" klubu yoxlama oyunu keçirib. Lent.az-ın məlumatına görə, “Dnepr” “Kolos” klubu ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Qarşılaşmanın əvvəlində geriyə düşən “Denpr” daha sonra rəqibinin qapısına 6 qol vurub. Matç 6-1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Dnepr” ilk yoxlama oyununu “Mettalurq”a qarşı keçirib və 0:2 hesabı ilə məğlub olub.