<span style="color:red;">Avropa Liqası:  <b>Püşk klublarımızın üzünə güldü</b>
20 iyun 2016 16:19 (UTC +04:00)

Avropa Liqası: Püşk klublarımızın üzünə güldü

Bu gün Avropa Liqasında mövsümün ilk püşkatması keçiriləcək. Apasport.az saytıının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.

 

UEFA-nın mənzil qərargahındakı tədbirdə 39 ölkədən 114 komanda iştirak edəcək. Bakı vaxtı ilə saat 15:00-da 2016/17 mövsümünün I təsnifat mərhələsinin cütləri bəlli olacaq. Burada 96 komanda rəqiblərini tanıyacaq.

 

Bu komandalar indidən əmsalına görə iki səbətə bölünüb. Azərbaycanın üç klubundan ikisi – “Neftçi” və “Qəbələ” daha yaxşı reytinqlilərin – səpələnmişlərin sırasındadısa, “Kəpəz” səpələnməmişlər səbətindədi.

 

İyunun 30-da və iyulun 7-də baş tutacaq I təsnifat mərhələsində təmsilçilərimizdən hərəsi 45 mümkün komanda ilə qarşılaşa bilər. Klublarımız bir-biri, həmçinin Ermənistan klubları ilə düşə bilməz. Bunların baş verməməsi üçün UEFA klubları qruplara da böləcək.

 

Saat 16:30-da isə II təsnifat mərhələsinin püşkü atılacaq. Burada 48 cüt və mübarizəyə bu raunddan qatılan 18 komanda iştirak edəcək. Cütlər reytinqi yüksək olan tərəfin əmsalına uyğun səbətə daxil ediləcək. Bu üzdən “Neftçi”nin yer alacağı cüt səpələnmiş, “Qəbələ”ninki səpələnməmş olacaq. “Kəpəz”in yer alacağı cütün hansı səbətdə olacağı ilk rəqibin kimliyindən asılıdı. Bu mərhələnin 33 cütü isə iyulun 14 və 21-də qarşılaşacaq.

 

 

Avropa Liqası

I təsnifat mərhələsi

 

“Midtyulland” (Danimarka) - “Suduva” (Litva)

“Levadiya” (Estoniya) - “Torshavn” (Farer adaları)

“Şemrok Rovers” (İrlandiya) - “Rovaniemi” (Finlandiya)

“Breydablik” (İslandiya) - “Yelqava” (Latviya)

“Domjale” (Sloveniya) - “Lusitanos” (Andorra)

“Videoton” (Macarıstan) -  “Zarya” (Moldova)

“Zimbru” (Moldova) - “Çixura” (Gürcüstan)

“Beroe” (Bolqarıstan) - “Radnik” (Bosniya və Herseqovina)

“İnfonet” (Estoniya) - “Harts” (Şotlandiya)

“Arlantas” (Litva) - HİK (Finlandiya)

“Valyur” (İslandiya) - “Brondbü” (Danimarka)

“Runavik” (Farer adaları) - “Şaxtyor” (Belarus)

“Bokelj” (Monteneqro) - “Voyvodina” (Serbiya)

“Santa Koloma” (Andorra) - “Lokomotiv” (Xorvatiya)

“Sloboda” (Bosniya və Herseqovina) - “Beytar” (İsrail)

“La Fiorita” (San-Marino) - “Debretsen” (Macarıstan)

“Stabek” (Norveç) - “Konna Kvey” (Uels)

“Höteborq” (İsveç) - “Landudno” (Uels)

“Aberdin” (Şotlandiya) - “Fola” (Lüksemburq)

AİK (İsveç) - “Bala Taun” (Uels)

AEK (Kipr) - “Folqor” (San-Marino)

“Pünik” (Ermənistan) - “Europa” (Cəbəllütariq)

“Kukesi” (Albaniya) - “Rudar” (Monteneqro)

“Vaduts” (Lixtenşteyn) - “Sileks” (Makedoniya)

“Ventspils” (Latviya) - “Vikinqur” (Farer adaları)

“Sent Patriks” (İrlandiya) - “Jeness” (Lüksemburq)

“Nomme Kalyu” (Estoniya) - “Trakai” (Litva)

“Differdanj” (Lüksemburq) - “Kliftonvill” (Şimali İrlandiya)

“Dila” (Gürcüstan) - “Şirak” (Ermənistan)

“Çukariçki” (Serbiya) - “Ordabası” (Qazaxıstan)

Neftçi” (Azərbaycan) - “Baltsan” (Malta)

“Makkabi” Təl-Əviv (İsrail) - “Qoritsa” (Sloveniya)

“Linfild” (Şimali İrlandiya) -  “Kork Siti” (İrlandiya)

“Reykyavik” (İslandiya) - “Qlenavon” (Şimali İrlandiya)

“Dinamo” (Belarus) - “Spartak” (Latviya)

“Odd” (Noeveç) - “Mariehamn” (Finlandiya)

“Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Birkirkara” (Malta)

“Rabotniçki” (Makedoniya) - “Buduçnost” (Monteneqro)

“Admira” (Avstriya) - “Spartak” M (Slovakiya)

“Qəbələ” (Azərbaycan) - “Samtredia” (Gürcüstan)

“Teuta” (Albaniya) - “Kayrat” (Qazaxıstan)

“Slaviya” (Bolqarıstan) - “Zaqlebiye” (Polşa)

“Spartak” T (Slovakiya) - “Hiberniians” (Malta)

“Aktobe” (Qazaxıstan) - MTK (Macarıstan)

“Banants” (Ermənistan) - “Omoniya” (Kipr)

“Partizani” (Albaniya) - “Slovan” (Slovakiya)

“Şkendiya” (Makedoniya) - “Krakoviya” (Polşa)

“Kəpəz” (Azərbaycan) - “Daçiya” (Moldova)

 

II təsnifat mərhələsi

 

Səpələnmişlər: “Genk” (Belçika), “Austriya” (Vyana, Avstriya), “Partizan” (Serbiya), “Makkabi” (Hayfa, İsrail), “Hayduk” (Xorvatiya), “Qrasshoppers” (İsveçrə), “Stromsqodset” (Norveç), “Osmanlıspor” (Türkiyə), “Slaviya” (Çexiya), “Haken” (İsveç), “Panionios” (Yunanıstan), “Maribor” (Sloveniya), həmçinin HİK (Finlandiya), “Makkabi” (Təl-Əviv, İsrail), “Midtyulland” (Danimarka), “Omoniya” (Kipr), “Dinamo” (Belarus), “Neftçi” (Azərbaycan), AEK (Kipr), AİK (İsveç), “Slovan” (Slovakiya), “Videoton” (Macarıstan), “Aktobe” (Qazaxıstan), “Voyvodina” (Serbiya), “Şaxtyor” (Belarus), “Spartak” T (Slovakiya), “Brondbü” (Danimarka), “Debretsen” (Macarıstan), “Höteborq” (İsveç), “Harts” (Şotlandiya), “Ventspils” (Latviya), “Admira” (Avstriya), “Lokomotiv” (Xorvatiya) klublarının yer aldığı cütlər

 

Səpələnməmişlər: “İaşi” (Rumıniya), “Levski” (Bolqarıstan), “Pyast” (Polşa), “Torpedo” (Belarus), “Hibernian” (Şotlandiya), “Sonderyuske” (Danimarka), həmçinin “Qəbələ” (Azərbaycan), “Aberdin” (Şotlandiya), “Reykyavik” (İslandiya), “Dila” (Gürcüstan), “Odd” (Norveç),  “Rabotniçki” (Makedoniya), “Vaduts” (Lixtenşteyn), “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “Şemrok Rovers” (İrlandiya), “Sent Patriks” (İrlandiya), “Zaqlebiye” (Polşa), “Krakoviya” (Polşa), “Linfild” (Şimali İrlandiya), “Stabek” (Norveç), “Beytar” (İsrail), “Kukesi” (Albaniya), “Levadiya” (Estoniya), “Nomme Kalyu” (Estoniya), “Zimbru” (Moldova), “Daçiya” (Moldova), “Pünik” (Ermənistan), “Breydablik” (İslandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Domjale” (Sloveniya), “Çukariçki” (Serbiya), “Beroe” (Bolqarıstan) klublarının yer aldığı cütlər

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281
avatar

Oxşar yazılar