Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsindəki cavab görüşlərinin baş hakimləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, “Xəzər Lənkəran”ın Malta “Slima”sı ilə ev oyununa belçikalı referi Vim Smet təyinat alıb.
Matç Lənkəran şəhər stadionunda baş tutacaq. “İnter”in Finlandiyada “Mariehamn”la keçirəcəyi səfər matçı şimali irlandiyalı Mervin Smitə tapşırılıb. Qarşılaşma Mariehamn şəhərindəki “Viklöf Holdinq Arena”da oynanılacaq. “Qarabağ”ın Makedoniya “Metallurq”u ilə Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi matç isə çexiyalı Radek Matejekə həvalə olunub.
Qeyd edək ki, hər 3 cavab görüşü iyulun 11-də keçiriləcək.