Avropa çempionatında daha 5 yarımfinal
28 iyun 2013 12:34 (UTC +04:00)

Avropa çempionatında daha 5 yarımfinal

Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandasının üzvləri 500 metr məsafəyə yürüşə də qatılıblar. Lent.az-ın məlumatına görə, 23 yaşadək kanoeçilərin mübarizəsində Anatoli Melnik 1 nəfərlik qayıqla yürüşdə 4-cü yeri tutub.

 

O, finişə 1 dəqiqə 55,546 saniyəyə çatıb. Yeniyetmələrin mübarizəsində 2 nəfərlik kayak qayığı ilə yürüşdə Amil Hüseynli – Yasin Əhmədov dueti də 4-cü olub. Onlar 1 dəqiqə 40,459 saniyə nəticə göstəriblər.

 

Yeniyetmə kanoeçimiz Aleksey Kupin eyni məsafəni 1 nəfərlik qayıqla 2 dəqiqə 12,456 saniyəyə qət edib. 23 yaşadək kayakçıların mübarizəsində Mirnazim Cavadov finişə 1 dəqiqə 46,520 saniyəyə çatıb. Hər iki idmançı 6-cı yeri tutub.

 

Nəhayət, 23 yaşadək kayakçıların 2 nəfərlik qayıqla yürüşündə Tamerlan Mustafayev – Aleksandr Piçugin dueti 1 dəqiqə 46,621 saniyə nəticə ilə 7-ci olub. Bütün təmsilçilərimiz ilk “7-liy”ə düşdükləri üçün yarımfinala adlayıblar.

 

Qeyd edək ki, daha öncə 1000 metr məsafəyə yürüşdə kanoeçilərimizdən Aleksey Kupin yeniyetmələrin mübarizəsində finala, Taras Matviyçuk 23 yaşlılar, kayakçılarımızdan Amil Hüseynli yeniyetmələr, Məhəmmədtahir Hüseyniafşar 23 yaşlıların yarışında yarımfinala adlayıb. Kayak və kanoeçilərimiz 200 metr məsafəyə seçmə yürüşlərdə də qüvvələrini sınayacaqlar. Həm bu, həm də 1000 metr və 500 metr məsafələrə yarımfinal yürüşləri iyunun 28-də olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar

ÇL : 1/4 finalçılar müəyyənləşdi

ÇL: 1/4 finalçılar müəyyənləşdi

13 mart 2025 , 02:47
Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

12 mart 2025 , 18:35
"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

12 mart 2025 , 15:53
"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

12 mart 2025 , 09:37
PSJ-dən əzmkar  qələbə

PSJ-dən əzmkar qələbə

12 mart 2025 , 02:53
Gözəl futbolçu çimərlik paltarında  FOTOLARINI   yaydı

Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı

11 mart 2025 , 19:32
Pol Poqba karyerasını davam etdirə  bilər

Pol Poqba karyerasını davam etdirə bilər

11 mart 2025 , 15:26
Məhəmməd Salah "Barselona"da oynayacaq

Məhəmməd Salah "Barselona"da oynayacaq

11 mart 2025 , 09:37