Avropa çempionatında azərbaycanlı sabiq “azərbaycanlı”ya qarşı
13 iyun 2013 13:51 (UTC +04:00)

Avropa çempionatında azərbaycanlı sabiq “azərbaycanlı”ya qarşı

İyunun 14-də Portuqaliyanın Montemor o Velyo şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçiriləcək. Lent.az-ın məlumatına görə, üç gün davam edəcək yarışda Azərbaycanı kanoe üzrə 3 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko təmsil edəcək.

 

30 yaşlı idmançımız 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşlərə qatılacaq. Artıq seçmə mərhələnin püşkü atılıb. Demyanenkonun 8 rəqibi arasında Azərbaycan milli komandasının sabiq üzvü Andrey Kraytor da var. Kraytor bu ildən Rusiya yığmasının şərəfini qoruyur. Onların mübarizəsi iyunun 15-də Bakı vaxtı ilə saat 17:15-ə təsadüf edəcək.

 

1 nəfərlik qayıqla 200 metr məsafəyə 2 seçmə yürüş olacaq. Seçmə mərhələlərdə ilk 3 yeri tutanlar birbaşa finala, sonrakı 4 yerin sahibləri isə yarımfinala çıxacaqlar. Yarımfinalda ilk 3 yeri tutanlar da finala yüksələcəklər. Həlledici yürüş iyunun 16-da saat 16:11-də baş tutacaq.

 

Qeyd edək ki, Valentin Demyanenko 2011-ci ildə Serbiyanın paytaxtı Belqradda 200 metr və 500 metr, ötən il Xorvatiyanın paytaxtı Zaqrebdə isə 200 metr məsafəyə yürüşdə üst-üstə 3 qızıl medala yiyələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Oxşar yazılar