Finlandiyanın Vantaa şəhərində böyüklər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı başa çatıb. Lent.az-ın məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığması 3 qızıl, 5 gümüş, 2 bürünc medal qazanıb.
Çempionatın son iki günündə yunan-Roma güləşçilərimizdən Həsən Əliyev (66 kq) və Rəsul Çunayev (71 kq) gümüş, Kamran Məmmədov (59 kq) və Elvin Mürsəliyev (75 kq) bürünc medala sahib olub. Bu nəticə ilə yunan-Roma güləşi üzrə millimiz Rusiya və Türkiyədən sonra ümumi komanda hesabında 3-cü yeri tutub.
Sərbəst güləşçilərimizdən Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) və Xetaq Qazyumov (97 kq) gümüş medala yiyələnib. Millimiz komanda hesabında Rusiyadan sonra ikinci olub.
Qadın güləşçilərimizə gəldikdə, Mariya Stadnik (48 kq) qızıl, İrina Netreba (58 kq) gümüş medala sahib olub. Bu növ üzrə millimiz isə altıncı yerlə kifayətlənib.