Avropa çempionatı: Azərbaycanın 8 boksçusu medalın bir addımlığında
05 iyun 2013 10:34 (UTC +04:00)

Avropa çempionatı: Azərbaycanın 8 boksçusu medalın bir addımlığında

Belarusun paytaxtı Minskdə keçirilən Avropa çempionatında Azərbaycanın 8 boksçusu medalın bir addımlığına çatıb. Lent.az-ın məlumatına görə, təmsilçilərimizdən 7-si döyüşlərini qələbə ilə başa vurduqları üçün ¼ finala yüksəlib.

 

Ötən gün əvvəlcə rinqə 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev çıxıb. İsayev 2009-cu ilin dünya çempionu Detelin Dalakliyevi məğlub etməyi bacarıb. Hər 3 raundda xal fərqi boksçumuzun xeyrinə olub – 29:28, 29:28, 30:27. Millimizin üzvü 1/4 finalda Avropa çempionatının gümüş mükafatçısı, rusiyalı Dmitri Polyanski ilə qarşılaşacaq.

Avropa çempionu Salman Əlizadə (49 kq) də qələbə qazanıb. O, İsrail idmançısı David Albridanı məğlub edib. Hər 3 hakim Əlizadənin xeyrinə qərar verib – 30:27. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Dato Nanava ilə üz-üzə gələcək.

Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) xorvatiyalı Marko Kaliçdən hər 3 raundda eyni hesabla üstün olub – 30-27. Məmmədov 1/4 finalda irlandiyalı Tomas Makkarti ilə münasibətlərinə aydınlıq gətirəcək.

Tamerlan Abdullayev (69 kq) çempionatda ikinci qələbəsini qazanıb. Boksçumuz bu dəfə Yunanıstan təmsilçisi Pavlos Tsaqrakosu çətinlik çəkmədən yenib. Abdullayevin 1/4 finalda rəqibi rusiyalı Aleksandr Besputin olacaq.

2007-ci ilin dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədov (56 kq) da adını 1/4 finalçılar sırasına yazdırıb. Təcrübəli boksçumuz 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Vyaçeslav Qojan üzərində qələbə qazanıb. Məmmədov ən azı bürünc medalı özünə təmin etmək üçün 1/4 finalda Ermənistan boksçusu Aram Avaqyanı məğlub etməlidir.

 

Qeyd edək ki, daha öncə Elvin Məmişzadə (52 kq) və Heybətulla Hacıəliyev (64 kq) də ¼ finala yüksəlib. Növbəti mərhələdə Məmişzadə macarıstanlı Norbert Kaluçanı, Hacıəliyev isə moldovalı Dmitri Qalaqotu sınağa çəkəcək. Məhəmmədrəsul Məcidov (+91 kq) isə püşkə əsasən, mübarizəyə birbaşa ¼ finaldan başlayacaq. O, ilk görüşünü rumıniyalı Mihay Nistora qarşı keçirəcək. Qaydalara əsasən, yarımfinala yüksələn boksçu ən azı bürünc medalı təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596
avatar

Oxşar yazılar

Prezidentin nəvələri Messi ilə görüşdü

Prezidentin nəvələri Messi ilə görüşdü

11 dekabr 2024 , 12:55
Mbappe bu il bütün oyunları buraxacaq   - SƏBƏB

Mbappe bu il bütün oyunları buraxacaq - SƏBƏB

11 dekabr 2024 , 11:58
Messi Bakıda - VİDEO

Messi Bakıda - VİDEO

11 dekabr 2024 , 09:35
"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna  keçdi

"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna keçdi

10 dekabr 2024 , 19:07
"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır  - SƏBƏB

"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır - SƏBƏB

10 dekabr 2024 , 17:49
"Bayer" Arda Güləri  almaq istəyir

"Bayer" Arda Güləri almaq istəyir

10 dekabr 2024 , 15:13
Nani futbolla vidalaşdı

Nani futbolla vidalaşdı

10 dekabr 2024 , 11:58
Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi

Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi

10 dekabr 2024 , 09:35