Avroliqanın bütün "pley-off"çuları bəlli oldu
08 avqust 2014 11:46 (UTC +04:00)

Avroliqanın bütün "pley-off"çuları bəlli oldu

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra bütün "pley-off"çular müəyyənləşib.

Lent.az-ın qol.az-a istinadən məlumatına görə, 29 qalib komandanın arasında bir Azərbaycan klubu var ki, bu da Bakının "Neftçi" klubudur.

Gürcüstanda "Çixura"nı 3:2 hesabı ilə məğlub edən "ağ qaralar" tarixində ikinci dəfə "pley-off"da oynamaq hüququ qazanıb. "Neftçi" ilə yanaşı, "Qarabağ" klubu da ölkəmizi Avroliqanın "pley-off" mərhələsində təmsil edəcək.

Qeyd edək ki, "pley-off" mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq.

 

Birbaşa mübarizəyə qoşulanlar: "İnter" (İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyareal" (İspaniya), "Tvente" (Hollandiya), "Metallist" (Ukrayna), PAOK (Yunanıstan), "Trabzonspor" (Türkiyə), "Borussiya" (Münhenqladbax, Almaniya), "Lokomotiv" (Rusiya), "Rapid" (Avstriya), "Sürix" (İsveçrə), "Nasional" (Portuqaliya), "Sent Etyen" (Fransa)

Çempionlar Liqasından gələnlər: "Seltik" (Şotlandiya), "Panatinaykos" (Yunanıstan), "Dnepr" (Ukrayna), "Sparta" (Praqa, Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Şerif" (Moldova), "Partizan" (Serbiya), "Feyenoord" (Hollandiya), "Rostov" (Rusiya), "Zvolle" (Hollandiya), "Lokeren" (Belçika), "Apollon" (Kipr), "Midtilland" (Danimarka), "Debretsen" (Macarıstan), "Qrasshoppers" (İsveçrə), "Aktobe" (Qazaxıstan), AEL (Kipr), "Qarabağ" (Azərbaycan), HİK (Finlandiya)

III təsnifat mərhələsinin qalibləri: "Lion" (Fransa), PSV (Hollandiya), "Brügge" (Belçika), "Real Sosyedad" (İspaniya), "Yanq Boys" (İsveçrə), "Hall Siti" (İngiltərə), "Torino" (İtaliya), "Rio Ave" (Portuqaliya), "Dinamo" (Moskva, Rusiya), "Elfsborq" (İsveç), "Omonia" (Kipr), "Hayduk" (Split, Xorvatiya), "Krasnodar" (Rusiya), "Rijeka" (Xorvatiya), "Asteras Tripolis" (Yunanıstan), "Zarya" (Ukrayna), "Neftçi" (Azərbaycan), "Astra" (Rumıniya), "Petrolul" (Rumıniya), "Karabükspor" (Türkiyə), "Dinamo" (Minsk, Belarus), "Rux" (Polşa), "Sarayeva" (Bosniya və Hersoqovina), "Şaxtyor" (Belarus), "Spartak" (Trnava, Slovakiya), RNK (Split, Xorvatiya), "Zimbru" (Moldova), "Astana" (Qazaxıstan), "Styarnan" (İslandiya).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1171
avatar

Oxşar yazılar