Avroliqanın II təsnifat mərhələsinin püşkü atılıb. “Metallurq” – “Qarabağ” cütünün qalibi növbəti mərhələdə “Piast” (Polşa), “Slima” – “Xəzər Lənkəran” cütünün qalibi İsrailin “Makkabi” (Hayfa), “Mariehamn” – “İnter” cütünün qalibi isə “Selye” (Sloveniya) - “Tromse” (Norveç) cütünün qalibi ilə üz-üzə gələcək.
İlk oyunlar iyulun 18-də, cavab görüşləri bundan 1 həftə sonra keçiriləcək.
17.35
*****
Azərbaycan klublarının futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, əvvəlcə “Qarabağ”ın rəqibi müəyyənləşib.
Bu, Makedoniyanın “Metallurq” klubu olub. Skopye şəhərini təmsil edən rəqib 2010-2011-ci il mövsümündə də Avroliqanın I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olub. Həmin vaxt Ağdam təmsilçisi iki oyunun nəticəsində 4:1 və 1:1 hesablı üstünlüklə mərhələ adlayıb.
Ardından “Xəzər Lənkəran” Maltanın “Slima”, “İnter” isə Finlandiyanın “Mariehamn” komandalarına rəqib olub.
“Vikinqur” (Farer adaları) – “İnter” (Turku, Finlandiya)
“Jalgiris” (Litva) – “Sent Patriks” (İrlandiya)
“Brayton” (Uels) – “Ventspils” (Latviya)
“Reykyavik” (İslandiya) - “Qlentoran” (Şimali İrlandiya)
“Çixura” (Gürcüstan) – “Vaduts” (Lixtenşteyn)
“Milsami” (Moldova) – “Dudelanj” (Lüksemburq)
“Metallurq” (Skopye, Makedoniya) – “Qarabağ” (Ağdam, Azərbaycan)
“Mladost” (Çernoqoriya) – “Videoton” (Macarıstan)
“Flora” (Estoniya) – “Kukesi” (Albaniya)
“Teteks” (Makedoniya) – “Pünik” (Ermənistan)
“Teuta” (Albaniya) – “Daçiya” (Moldova)
“Libertas” (San-Marino) – “Sarayevo” (Bosniya və Herseqovina)
“Slima Vanderers” (Malta) – “Xəzər Lənkəran” (Azərbaycan)
“Levski” (Bolqarıstan) – “İrtış” (Qazaxıstan)
“Hibernians” (Malta) – “Voyvodina” (Serbiya)
“Astana” (Qazaxıstan) – Bolqarıstan komandası
“Santa Koloma” (Andorra) – “Jrinski” (Bosniya və Herseqovina)
“Domjale” (Sloveniya) – “Astra” (Rumıniya)
“Rudar” (Çernoqoriya) – “Mika” (Ermənistan)
“Santa Koloma” (Andorra) – “Breydablik” (İslandiya)
“Drogeda Yunayted” (İrlandiya) – “Malmö” (İsveç)
“Marienhamn” (Finlandiya) – “İnter” (Bakı, Azərbaycan)
“Fuqlafyordur” (Farer adaları) – “Linfild” (Şimali İrlandiya)
“Prestatin Taun” (Uels) – “Metallurq” (Liepaya, Latviya)
“Selye” (Sloveniya) – “Tromsö” (Norveç)
“Tiraspol” (Moldova) – “Skonto” (Latviya)
“Kruzaders” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç)
“Vestmannaeyar” (İslandiya) - “Torshavn” (Farer adaları)
“Jöness Eş” (Lüksemburq) – TPS (Turku, Finlandiya)
“Bala Taun” (Uels) – “Levadiya” (Estoniya)
“Kruoya” (Litva) – “Dinamo” (Minsk, Belarus)
“La Fiorita” (San-Marino) – “Valletta” (Malta)
“Laçi” (Albaniya) – “Differdanj” (Lüksemburq)
“Qandzasar” (Ermənistan) – “Aktobe” (Qazaxıstan)
“Çelik Nikşiç” (Çernoqoriya) – “Honved” (Macarıstan)
“Torpedo” (Kutaisi, Gürcüstan) – “Jilina” (Slovakiya)
“Turnovo” (Makedoniya) – “Suduva” (Litva)
İlk oyunlar iyulun 4-də, cavab görüşləri bundan 1 həftə sonra olacaq.