İyulun 2-də Çempionlar Liqasında daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində son qarşılaşma Cəbəllütariqdə baş tutub.
Bununla da avrokuboklar tarixində yeni ölkə mübarizəyə qoşulub. Debütantın “siftə”sini “Linkoln” gerçəkləşdirib. Bu komanda öz meydanında Farer adalarının “Torshavn” klubu ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bir gün əvvəl keçirilən hər iki oyunun taleyini 1 qol həll edib. “Santa Koloma” (Andorra) öz meydanında “Banants”a (Ermənistan), “Levadiya” (Estoniya) isə səfərdə “La Fiorita”ya (San-Marino) qalib gəlib.
Çempionlar Liqası
I təsnifat mərhələsi
2 iyul
“Linkoln” (Cəbəllütariq) - “Torshavn” (Farer adaları) - 1:1