Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərlər arasında Bakı da olacaq. Lent.az-ın xəbərinə görə, bu barədə Trend AFFA-ya istinadən məlumat verib. Bu gün İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşib.
Tədbirdə Azərbaycanı AFFA prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.