AVRO-2017-nin ev sahibi müəyyənləşdi
05 dekabr 2014 04:34 (UTC +04:00)

AVRO-2017-nin ev sahibi müəyyənləşdi

2017-ci ildə qadınlar arasında keçiriləcək Avropa çempionatının ev sahibi bəlli olub. Apasport.az saytının məlumatına görə, qitə birinciliyi Hollandiyada baş tutacaq.

 

Qərar ötən gün İsveçrədə keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

 

Final mərhələsində ilk dəfə 16 komanda mübarizə aparacaq ki, seçmə yarışlarında 47 yığma vəsiqə uğrunda döyüşə atılacaq. Andorra millisi isə qitə birinciliyinin seçmə mərhələsində ilk dəfə çıxış edəcək.

 

Xatırladaq ki, daha əvvəl Hollandiya gənclər arasında keçirilən DÇ-2007-nin, 20 yaşlılardan ibarət kişilər arasında baş tutan DÇ-2005-in və AVRO-2000-nin təşkilatçısı olub.

 

Qeyd edək ki, qadınlar arasında Avropa çempionatının (2013) son qalibi Almaniya yığmasıdı. Bundestim təmsilçisi İsveçdə keçirilən qitə birinciliyində Norveç yığmasına finalda 1:0 hesabı ilə qalib gəlmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar