AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunların  - <span style="color:red;">NƏTİCƏLƏRİ
11 oktyabr 2014 02:38 (UTC +04:00)

AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunların - NƏTİCƏLƏRİ

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının səfərdə İtaliya ilə ikinci oyun günü rəqibləri də münasibətlərinə aydınlıq gətirib.

 

H qrupunun ilk matçında millimizi Bakıda 2:1 hesabı ilə məğlub edən Bolqarıstan bu dəfə növbəti 3 xalını qazanmaq üçün güclü Xorvatiyanı sınağa çəkib. Lakin görüşdə sevinən tərəf qonaqlar olub - 0:1.

 

Xalsız olan Norveç isə Malta ilə üz-üzə gəlib. Matçda yenə qonaqlar qazanıb. Qeyd edək ki, Azərbaycan İtaliyaya 2:1 hesabı ilə uduzub.

 

Milli komandamızın qrupu ilə yanaşı A və B qrupunun iştirakçıları da mübarizəyə qoşulub.

 

Ölkəmizin də marqla izlədiyi Türkiyə yığması Çexiyanı qəbul edib. Baş məşqçi Fatih Tərimin yetirməlkəri qrupun ilk görüşündə səfərdə İslandiya məğlubiyyətini (3:0) unutmaq üçün bu görüşdə mütləq qələbə qazanıb, yenidən azarkeşləri ilə barışmaq niyyətində idi. Lakin “ay-ulduzlular” istəklərinə nail ola bilməyib. Matç 2:1 hesabı ilə çexlərin xeyrinə başa çatıb.

 

 

AVRO-2016-nın seçmə mərhələsi

A qrupu

Latviya - İslandiya - 0:3

Qollar: Siqurdsson, 66, Qunnarsson, 77, Qislason, 90

 

Hollandiya - Qazaxıstan - 3:1

Qollar: Huntelaar, 62, Afellay, 82, van Persi, 89-pen - Abdulin, 17

 

Türkiyə - Çexiya - 1:2

Qollar: Umut, 8 - Sivok, 16, Dokkal, 58

 

B qrupu

Belçika - Andorra - 6:0

Qollar: de Bruyne, 31-pen; 34, Çadli, 37, Origi, 59, Mertens, 65; 68

 

Kipr - İsrail - 1:2

Qollar: Makrides, 67 - Damari, 38, Ben Haim, 45

 

Uels – Bosniya və Herseqovina - 0:0

 

H qrupu

10 oktyabr

Bolqarıstan - Xorvatiya - 0:1

Qol: Oliç, 36

 

Malta – Norveç - 0:3

Qollar: Daehli, 22, Kinq, 25; 49

 

# 1793
avatar

Oxşar yazılar