“Qalatasaray” “Yuventus”un futbolçusunu transfer edib.
Lent.az-ın fanatik.com.tr-yə istinadən məlumatına görə, uzun müddətdir turinlilərin cinah müdafiəçisi Kvadvo Asamoahla danışılıqlar aparan sarı-qırmızılar razılaşma əldə ediblər.
Belə ki, cimbomla qanalı futbolçu arasında 4 illik müqavilə bağlanacaq. Bunun müqabilində futbolçuya illlik 2,5 milyon avro, klubu "Yuventus"a isə transfer məbləği olaraq 4,7 milyon avro ödəniləcək.
Asamoahın yaxın günlərdə İstanbula gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, “Qalatasaray” bu mövsüm heyətinə ciddi dəyişikliklər edib. Heyətə xeyli əcnəbi futbolçu cəlb edən istanbullular Super Liqada 3 qarşılaşmanı da qalib bitirərək turnir cədvəlinə liderlik edir.