İngiltərənin “Arsenal” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdədir. Lent.az-ın məlumatına görə, ingilis klubu Yunanıstan və “Olimpiakos”un mərkəz müdafiəçisi Kostas Manolası heyətinə qatıb. “Topçular” bu transferə görə 8 milyon funt xərcləyib.
"Arsenal"dan bir müddət öncə "Barselona"ya keçən Varmalenin yerinə alternativ üçün alınan Manolas Braziliyada keçirilən dünya çempionatında Yunanıstan millisinin şərəfini qorumuşdu.
Qeyd edək ki, 23 yaşlı futbolçu “Olimpiakos”un heyətində 49 oyunda 4 dəfə fərqlənib.