Apasport.az saytının məlumatına görə, futbolçu Norveç telekanalına müsahibəsində hətta ayağının kəsilməsini istədiyini də etiraf edib.
Batistuta karyerasını başa vurandan az sonra yeriyə bilmədiyini hiss etdiyini deyib: “Ayaqlarım elə ağrıyırdı ki, hətta həkimdən onları kəsməyi xahiş etdim. Mən protezlə gəzməyə hazır idim və bunun problemi həll edəcəyini düşünürdüm. Həkim məni dəli adlandırdı və ayaqlarımı kəsməkdən imtina etdi. Zaman keçəndən sonra ağrılar qismən azalıb”.
Batistuta karyerasını 2005-ci ildə başa vurub. O, Argentina millisinin tarixində ən yaxşı bombardirdir. Futbolçu 78 oyunda 56 qol vurub.