Araz Abdullayev millidən kənarlaşdırıldı
07 may 2014 15:13 (UTC +04:00)

Araz Abdullayev millidən kənarlaşdırıldı

Mayın 27-də ABŞ yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Araz Abdullayev zədəli olduğu üçün heyətdən çıxarılıb.

 

Adı ehtiyat oyunçular siyahısında olan Ufuk Budak və Pərdis Fərcad-Azad isə heyətə dəvət edilib. Onlar San Fransisko şəhərindəki görüşə yollanacaq futbolçulara qoşulacaq.

 

Qeyd edək ki, yığmamız mayın 20-dən 28-dək ABŞ-da olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042
avatar

Oxşar yazılar