Serxio Aqueronun nənəsinin Buenos-Ayres yaxınlığında yerləşən evinə polis basqın edib. Apasport.az saytının məlumatına görə, basqın zamanı aşkar edilənlər polisi şoka salıb.
Belə ki, “Mançester Siti”nin və Argentina millisinin hücumçusunun uşaqlığının keçdiyi deyilən evdən 200 qram narkotik maddə, müxtəlif narkotik mənşəli dərmanlar, sənədsiz silahlar və oğurluq mobil telefonlar aşkarlanıb.
Yerli mətbuatın məlumatına görə, argentinalı hücumçunun nənəsi həbs edilib.