Andrea Pirlo İtaliya milli komandasında karyerası ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, DÇ-2014-dən sonra yığmadakı karyerasını başa vurduğunu bildirən 35 yaşlı yarımüdafiəçi fikrini dəyişib.
“Yuventus"un futbolçusu baş məşqçi Antonio Konte ilə danışdıqdan sonra belə bir addım atıb. O, təcrübəli çalışdırıcı ilə uğurlar qazanacaqlarına inandığını dilə gətirib: "Konte ilə danışdım və İtaliya yığmasında oynamağa razılıq verdim. Komandanın Hollandiya ilə (2-0) matçdakı oyununu çox bəyəndim”.
Qeyd edək ki, İtaliya millisi AVRO-2016-nın qrup mərhələsində oktyabrın 10-u dogma publika önündə millimizlə qarşılaşacaq. Pirlonun millimizə qarşı oynayacağı istisna deyil.