Ançelottidən inamlı açıqlamalar - Arda ilə bağlı sualdan yayındı
21 may 2014 12:13 (UTC +04:00)

Ançelottidən inamlı açıqlamalar - Arda ilə bağlı sualdan yayındı

0

Karlo Ançelotti mayın 24-də “Real” və “Atletiko” arasında keçiriləcək Çempionlar Liqasının finalı ilə bağlı maraqlı açıqlamalar verib. Lent.az-ın ispan mediasına istinadən verdiyi xəbərə görə, “Real”-ın bazasında keçirilən mətbuat konfransında danışan italiyalı baş məşqçi iki komandanın da bir-birini yaxşı tanıdığını bildirib: “Bizi çətin oyun gözləyir. Komanda şəklində çalışmalıyıq. “Bavariya” ilə oyunda olduğu kimi azarkeşlərimizin dəstəyi də önəmlidir. Bir də belə oyunlarda ən əsası qorxmamalısan”. 

 

Baş məşqçi kimi dördüncü dəfə Çempionlar Liqasında finala çıxacaq K.Ançelotti məğlubiyyət haqda düşünmədiyini söyləyib: “Məğlubiyyət barədə düşünmürəm. Çox rahatam”.

 

Qaret Beylin formada olduğunu qeyd edən K.Ançelotti Pepe və Benzemanın vəziyyətinin narahatdır: “Pepe oynamayacağı təqdirdə onun yerində Rafael Varan oynayacaq”.

 

Jurnalistlərin “Səmimi cavab verin. Arda Turan və Dieqo Kostanın oynamağını istərdinizmi” sualına gülümsəyən Ançelotti belə cavab verib: “İkisi də “Atletiko”nun əsas futbolçuları olsa da, ancaq “Atletiko” komanda olaraq çox güclüdür. “Atletiko”dan söz düşmüşkən, ölkə çmepionluğuna görə Simeoneni təbrik edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1213

Oxşar yazılar