AMKF İris Vlahovtsikov ilə görüşüb
13 mart 2014 00:38 (UTC +04:00)

AMKF İris Vlahovtsikov ilə görüşüb

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi, Bakı-2015 Avropa Oyunları təşkilat komitəsinin 9 növ üzrə yarış meneceri İris Vlahovtsikov ilə görüş keçirib.

 

Lent.az-ın AMKF-in mətbuat xidmətinə istinad məlumatına görə, 2015-ci ildə bu mötəbər yarışa hazırlıqla bağlı görüşdə AMKF-in prezidenti Yaşar Bəşirov, l vitse-prezident İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov və federasiyanın baş katibi Mircabbar Seyidov, katib Aydan Zeynalova və Media katibi Sənan Məhərrəmov iştirak ediblər.
 

Y.Bəşirov qonağa Azərbaycan karatesinin beynəlxalq uğurları ilə bağlı ətraflı məlumat verib. O, Dünya Karate Federasiyası və Avropa Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinosun Bakı-2015 l Avropa oyunları ilə bağlı artıq 2 dəfə ölkəmizə səfər etdiyini və apreldə «WKF» təşkilat komitəsinin sədri K.Esteban və EKF-in baş katibi S.Selanla birgə növbəti səfərin olacağını bildirib. İ. Vlahovtsikov və federasiya rəhbərliyi qarşıdakı mötəbər yarışla bağlı müxtəlif sahələrdə məsləhətləşmələr aparıblar.
Xatırladaq ki, Bakı-2015 l Avropa oyunlarında karate yarışları 13-14 iyun tarixlərində “Crystall hull” idman-konsert kompleksində keçiriləcək. Kişilər -60, -65, -75, -84 və +84 kq çəki dərəcələrində, qadınlar isə -50, -55, -61, -68 və +68 kq çəki dərəcələrində yarışacaqlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422
avatar

Oxşar yazılar